Bank Of Baku

TQDK tərəfindən keçirilən pro-test imtahanları başa çatıb

TQDK tərəfindən keçirilən pro-test imtahanları başa çatıb
# 27 may 2010 10:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən test bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə aprel və may aylarında keçirilən pro-test imtahanları başa çatıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu imtahanların keçirilməsi TQDK tərəfindən tərtib edilmiş test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan verir və gələcəkdə imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində vacib rol oynayacaq. Protest imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax , Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR–nın orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin (XI sinif) şagirdləri arasında riyaziyyat və Azərbaycan dili fənləri üzrə aparılıb. Riyaziyyat fənni üzrə keçirilən imtahanlarda 15302, Azərbaycan dili fənni üzrə keçirilən imtahanlarda isə 16940 şagird, ümumilikdə 32242 nəfər iştirak edib. İmtahanda hər birində 30 test tapşırığı olmaqla 16 variantdan ibarət sual kitabçasından istifadə edilib. İmtahanın keçirilmə müddəti Azərbaycan dili fənnindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 60 dəqiqə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR