Bank Of Baku

Sofiyada Dünya Türk Gəncləri Birliyinin X Liderlər Toplantısı keçirilib - FOTO

Sofiyada Dünya Türk Gəncləri Birliyinin X Liderlər Toplantısı keçirilib - <font color=red>FOTO</font>
# 27 may 2010 10:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bolqarıstanın paytaxtı Sofiyada Dünya Türk Gəncləri Birliyinin (DTGB) X Liderlər Toplantısı və Avrasiya QHT-lərinin X İnsan Haqları və Etnik Tolerantlıq Konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda DTGB-nin sədri, Milli Məclisin deputatı Əkrəm Abdullayev və Bolqarıstanın “EVET” qeyri-hökumət təşkilatının sədri Ergin Emin sədarətə seçiliblər. Ə. Abdullayev çıxışında toplantıda 22 müstəqil və muxtar dövlətin, həmçinin Avropanın müxtəlif ölkələrində yaşayan türklərin nümayəndələrinin iştirak etdiyini bildirib.

Toplantıda DTGB-də yeni struktur dəyişikliyi, əlaqələndiricilər şəbəkəsinin yaradılması, İstanbulda birliyin əməkdaşlıq mərkəzinin açılması və qurumun növbəti 15-ci qurultayı barədə müzakirə aparılıb.

Toplantıda aparılan müzakirələrin nəticəsində əlaqələndiricilər şəbəkəsinin yaradılması məqsədəuyğun görülüb və qurumun Baş Əlaqələndiricisi vəzifəsinə Elşad Abdullayev seçilib. DTGB-nin sədri, sədr müavinləri, İdarə Heyətinin sədri və baş əlaqələndiricidən ibarət Daimi Divan qurulub, İstanbul əlaqələndiricisi vəzifəsinə Bolqarıstan türklərindən Rafət Murat seçilib.

Qeyd edək ki, DTGB-nin Liderlər Toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bolqarıstanın “EVET” və “BULTÜRK” təşkilatlarının və Almaniyanın Konrad Adenauer Fondunun dəstəyi ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR