Bank Of Baku

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 109287 abituriyent sənəd verib

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 109287 abituriyent sənəd verib
# 27 may 2010 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 109287 abituriyent sənəd verib, onlardan 103046 nəfəri öz elektron ərizəsini təsdiq etdirib. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycan bölməsi üzrə 97100, rus bölməsi üzrə isə 12187 abituriyent sənəd verib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan vermək üçün isə 8642 nəfər qeydiyyatdan keçib. M. Abbaszadənin sözlərinə görə, bu il ilk dəfə olaraq Bakı İslam Universitetinə də qəbul aparılacaq: “Həmin universitet üçün 100 vakant yer ayrılıb. Bu abituriyentlər öz elektron ərizələrini doldurub qeydiyyatdan keçdikdən sonra İslam Universitetində də qeydiyyatdan keçməlidirlər. Hərbi liseylərə qəbul olunmaq üçün isə 1709 nəfər öz elektron ərizəsini təsdiqləyib”. TQDK sədri bildirib ki, abituriyentlər sınaq və qəbul imtahanlarında iştirak etmək üçün “ödəmə kartları”nı bütün poçt şöbələrindən ala bilərlər: “Ödəmə kartları” sınaq imtahanları üçün 3 manat, qəbul imtahanları üçün 2 manatdır. Kartları əldə etməkdə çətinlik çəkən abituriyentlər virtual kartlardan istifadə edə bilərlər. İndiyədək 19 min nəfər virtual kartlardan istifadə edib. Bu xidməti daha da genişləndirmək fikrindəyik. İstəyirik gələcəkdə “ödəmə kartları” poçt şöbələrində satılmasın, yalnız virtual olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR