Bank Of Baku

ADU-da “2010 ekologiya ilidir” adlı tədbir keçirilib - FOTO

ADU-da  “2010 ekologiya ilidir” adlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 27 may 2010 13:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) “2010 ekologiya ilidir” adlı tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev ölkə prezidenti tərəfindən 2010-cu ekologiya ili kimi qeyd edilməsinin əhəmiyyətindən söz açıb, tələbələri ətraf mühiti qorumağa səsləyib.
Azərbaycan Tibb Universitetinin Ekologiya və qidalanma kafedrasının professoru, Respublika Taun Əleyhinə Mərkəzin direktoru Maqsud Qasımov “Respublikada bakterioloji vəziyyət, ətraf mühitin qidaların keyfiyyətinə, insan sağlamlığına olan təsirləri, müxtəlif infeksion xəstəliklərin yayılması” haqqında məruzə edib. O, məruzəsində ətraf mühitdə baş verən dəyişikliklərin insan sağlamlığına, qidaların keyfiyyətinə ciddi ziyan vurduğunu, bu yöndə gənclər arasında aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR