Bank Of Baku

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May Respublika Günü qeyd olunub

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May Respublika Günü qeyd olunub
# 27 may 2010 14:41 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika günü, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlum ata görə, yığıncağı giriş sözü ilə Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev açıb. O, yığıncaq iştirakçılarını bayram münasibətilə təbrik edib, AXC-nin yaranmasını milli dövlətçiliyin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirib. Qeyd edilib ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu ilin mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində Kəşfiyyat və Əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır. Bildirilib ki, yaranmasının 92-ci ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki rolu əvəzsizdir: “Müstəqilliyi əsrin əvvəlində süquta uğrasa da, əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməyə nail olub. Azərbaycançılıq ideyaları ilə silahlanmış xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaradıb. Fəxrlə demək olar ki, indiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi”.

Kursant Musa Ümid, dinləyici Nicat Musayevin çıxışlarında 28 May-Respublika gününün hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildirilib.
Tədbirin sonunda «Təhlükəsizliyimizin tarixi» adlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR