Bank Of Baku

Sabah «Qarant Sığorta»nın sponsorluğu ilə çəkilən «About Azerbaijan» filminin təqdimatı keçiriləcək

Sabah «Qarant Sığorta»nın sponsorluğu ilə çəkilən «About Azerbaijan» filminin təqdimatı keçiriləcək
# 27 may 2010 15:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin sponsorluğu və «İrəli» İctimai Birliyinin təşkilati dəstəyi ilə hazırlanmış «About Azerbaijan» filminin təqdimatı keçiriləcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filmin təqdimatı bu ilin may ayının 28-də baş tutacaq.

Film Azərbaycanda olmuş və buranı sevmiş xaricilərin gözü ilə vətəni tərənnüm edir. İki azərbaycanlı gəncin Vaşinqton səfəri zamanı ortaya çıxmış bu ideyanın əsl səbəbi amerikalıların Azərbaycan haqqında məlumatsızlıqları olub. Bundan təsirlənən həmvətənlərimiz Azərbaycanı xaricilərin gözü ilə təsvir edən bir film çəkmək qərarına gəlirlər.

ABŞ-ın «ASG Production» və Azərbaycanın «GA Studio» şirkətləri tərəfindən istehsal edilmiş filmin direktoru Anar Qəribov, prodüseri isə Azər Qəribovdur.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR