Bank Of Baku

Bakıda Beynəlxalq Vışeqrad Fondunun qrant və təqaüdlərinin təqdimat proqramı keçirilib

Bakıda Beynəlxalq Vışeqrad Fondunun qrant və təqaüdlərinin təqdimat proqramı keçirilib
# 27 may 2010 16:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Beynəlxalq Vışeqrad Fondunun qrant və təqaüdlərinin təqdimat proqramı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimi Çexiyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Vışeqrad Fondu tərəfindən təşkil olunub. Fondun təmsilçisi Linda Kapustova-Helbichova iştirakçılara fondun qrant və təqaüdləri barədə məlumat verib. Fond magistr və postmagistr təhsili almaq istəyən tələbələrə təqaüdlər təqdim edir. Hər semestr üçün təqaüdün maksimum miqdarı 2300 avrodur. 2009-cu ildə Azərbaycanda üç, 2010-cu ildə isə 4 tələbə belə təqaüd alıb. Ümumilikdə Vişeqrad Fondu son bir ildə dünyanın müxtəlif ölkələrindən olan tələbələrə 187 təqaüd verib.

Beynəlxalq Vışeqrad Fondunun mənzil qərargahı Bratislavada yerləşir. Proqram Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən maliyyələşdirilir. Fondun illik büdcəsi 6 milyon avrodur. Fond Şərqi və Mərkəzi Avropa, Qərbi Balkan və Cənubi Qafqazın ümumilikdə 20-dən artıq ölkəsində tələbələr üçün qrant və təqaüdlər ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR