Bank Of Baku

Sabirabadın su basan 3 kəndində tələf olan heyvanların və quşların sayı müəyyən edilib

Sabirabadın su basan 3 kəndində tələf olan heyvanların və quşların sayı müəyyən edilib
# 27 may 2010 16:21 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı – APA. Kürdə baş verən daşqınlarla bağlı Sabirabad rayonunun su altında qalan Ulacalı, Mürsəlli, Şıxlar kəndlərində tələf olmuş mal-qara, xırda buynuzlu heyvanlar və ev quşlarının sayı müəyyənləşib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu fəlakət bölgəsində jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Rəşid Abbasov bildirib. Onun sözlərinə görə, adları çəkilən kəndlərdə 100 iribuynuzlu, 127 xırda buynuzlu, 6 tək dırnaqlı heyvan, 7 it, 17 min ev quşu tələf olub. Tələf olan heyvanlar və quşlar yerli qurumların ayırdığı ərazidə dezinfeksiya olunaraq basdırılıb.

Qeyd edək ki, tələf olan quşların və heyvanların sayı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan, Şirvan şəhərində fəaliyyət göstərən xüsusi operativ qərargah tərəfindən araşdırılıb. Yerli baytarlıq xidmətləri operativ qərargahda fəaliyyət göstərirlər. Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR