Bank Of Baku

Azərbaycanlı həkim Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin həqiqi üzvü seçilib

Azərbaycanlı həkim Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin həqiqi üzvü seçilib
# 28 may 2010 07:51 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin (The Society of Thoracic Surgeons) həqiqi üzvü seçilib. APA-nın məlumatına görə, mərkəzi ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən bu cəmiyyət Birləşmiş Ştatların ən nüfuzlu səhiyyə təşkilatıdır. Hazırda bu qurum dünyanın ən mötəbər və nüfuzlu ürək cərrahiyyəsi cəmiyyətidir. Təşkilata üzvlərin qəbulu ABŞ mütəxəssisləri tərəfindən aparılan ciddi araşdırmalar və üzvlüyə namizədin tibbi, elmi və sosial fəaliyyəti nəzərə alınaraq həyata keçirilir. Bu baxımdan üzvlüyə qəbula bağlı tələblər çox ciddi və yüksəkdir. Ümumiyyətlə, Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətində MDB ölkələrindən həqiqi üzvlərin sayı olduqca məhduddur. Fərəhləndirici məqam ondan ibarətdir ki, bu təşkilatda artıq Azərbaycan da təmsil olunur. Səhiyyəmizin aparıcı mütəxəssislərindən biri olan doktor Kamran Musayev Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinə həqiqi üzv qəbul edilən ilk azərbaycanlıdır. Azərbaycan səhiyyəsinə növbəti uğuru qazandıran Kamran Musayev bu mötəbər təşkilatın üzvlüyünü təsdiq edən xüsusi diplomla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR