Bank Of Baku

Azərbaycanın rayonlarında leysan xarakterli intensiv yağışlar yağacaq, qərb rayonlarına dolu düşəcək

Azərbaycanın rayonlarında leysan xarakterli intensiv yağışlar yağacaq, qərb rayonlarına dolu düşəcək
# 29 may 2010 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 24-27 dərəcə, axşam 18-20 dərəcə isti olacaq.

Mayın 30-da hava tutulub açılacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 22-25 dərəcə isti olacaq.

Mayın 31-də dəyişkən buludlu, əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 1-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 30-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir Kür vadisi rayonlarında güclənəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-11 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 31-i - iyunun 1-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mayın 31-də gündüz Qərb rayonlarında yağıntılar tədricən kəsiləcək, iyunun 1-də əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə,
gündüz 25-30 dərəcə, dağlarda gecə 8-11 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR