Bank Of Baku

Bakıda “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa keçirilib
# 29 may 2010 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İnsan Hüquqları üzrə Müvəkkilliyi, Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi ilə birgə 28 May - Respublika gününə həsr edilən “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman Elmira Süleymanova keçmiş prezident Heydər Əliyevin Azərbaycanda mədəniyyətin inkişafına, insan hüquqlarının, həmçinin mədəni hüquqların müdafiəsinə diqqət göstərdiyini, ölkə prezidenti İlham Əliyevin də bu istiqamətdə məqsədyönlü siyasətini davam etdirdiyini deyib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkə vətəndaşlarının mədəni hüquqlarının müdafiəsinin mühüm əhəmiyyət kəsb etdiyini, 2010-cu ilin UNESCO tərəfindən “Mədəniyyətlərin yaxınlaşması ili” kimi qeyd olunduğunu söyləyib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məruzəsində ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının müdafiəsi, mədəniyyət sahəsində ənənələrin inkişaf etdirilməsi, ölkə vətəndaşlarının intellektual potensialından səmərəli istifadə olunması istiqamətində mühüm addımların atıldığını, rəhbərlik etdiyi qurumun yaradıcı şəxslərin müəlliflik hüququnun təmin edilməsinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR