Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi Balaxanıdakı məişət tullantıları poliqonunda yaşıllaşdırma kampaniyası keçirib

İqtisadi İnkişaf Nazirliyi Balaxanıdakı məişət tullantıları poliqonunda yaşıllaşdırma kampaniyası keçirib
# 29 may 2010 14:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İqtisadi İnkişaf Nazirliyi (İİN) Balaxanıdakı məişət tullantıları poliqonunda yaşıllaşdırma işlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ekologiya ili” çərçivəsində İİN yaşıllaşdırma kampaniyasına start verib.

Kampaniya çərçivəsində nazirliyin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları mayın 29-da Balaxanıda şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu yaxınlığında müxtəlif ağaclar əkib və abadlıq işləri aparıb. Tədbir zamanı 800-ə yaxın ağac və bəzək kolu ərazi boyu əkilib.

Ümumilikdə nazirliyin keçirdiyi bu tədbirlər çərçivəsində 1200-ə yaxın ağac və bəzək kolu əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR