Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 131 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 131 akt və protokol tərtib olunub
# 31 may 2010 08:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 57 göstəriş verilib. Ümumilikdə, 20 iş üzrə 25810 manat məbləğində cərimə tətbiq edilib, ondan 6028,94 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 40 iş üzrə 33370,85 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 168 iş üzrə 25693,65 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə, məhkəmələrə göndərilmiş 2 işə baxılaraq müvafiq tədbir görülüb. Su ehtiyatlarının mühafizəsi üzrə 13 akt və protokol tərtib olunub və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 9 icrası məcburi olan göstəriş verilib. Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 27 akt və protokol tərtib olunub və 24 icrası məcburi olan göstəriş verilib. Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 17 akt tərtib olunub.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunub və 10 iş üzrə 11250 manat məbləğində cərimə tətbiq edilib. Dəymiş ziyanla bağlı 4 iş üzrə 12075,75 manat məbləğində iddia qaldırılıb, 2 iş üzrə isə 1100 manat məbləğində ödəmə tətbiq edilib. Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 21 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 18 icrası məcburi olan göstəriş verilib. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 45 akt və protokol, su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR