Bank Of Baku

“Elektron Məktəb» sistemi 10 məktəbdə tam istifadəyə verilib

“Elektron Məktəb» sistemi 10 məktəbdə tam istifadəyə verilib
# 31 may 2010 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Elektron məktəb” (“E-Məktəb”) sistemi 10 məktəbdə tam istifadəyə verilib. İKT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, “Ultra” şirkəti və onun tərəfdaşları tərəfindən tətbiq edilən sistemə artıq Avropa liseyi, 20, 6, 60, 160, 8, 23, 7 saylı məktəblər, akademik Zərifə Əliyeva adına məktəb və Elitar Gimnaziya qoşulub. “E-Məktəb” sisteminə qoşulmuş məktəblərin müəllimləri artıq servis və xidmətlərdən, elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi ilə əlaqədar pilot məktəblərin bütün müəllimlərinə xüsusi treninqlər keçirilib. Təhsilin tam informasiyalaşdırılması üçün məktəblər Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulub.
“E-Məktəb” layihəsi çərçivəsində artıq pilot məktəblərin şagirdlərinin valideynləri də bu inteqrasiya həllindən yararlana biləcəklər. Beləliklə, tam istifadəyə verilmiş sistem üzrə valideynlər öz övladlarının qiymətlərini Təhsil Portalının “Valideyn Nəzarət Səhifəsi”-nə keçid almaqla öyrənə bilərlər. Bunun üçün məktəblər tərəfindən verilmiş istifadəçi adı və şifrədən istifadə etmək lazımdır.
Qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” Təhsil Nazirliyi tərəfindən və “Ultra” şirkətinin, “Azedunet”, “Mədəd” təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR