Bank Of Baku

Milli Məclisin Sosial Siyasət Komitəsinin təşəbbüsü ilə “Milli qanunvericilikdə tütünlə mübarizə: Reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilir

Milli Məclisin Sosial Siyasət Komitəsinin təşəbbüsü ilə “Milli qanunvericilikdə tütünlə mübarizə: Reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilir
# 31 may 2010 08:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsi tərəfindən “Milli qanunvericilikdə tütünlə mübarizə: Reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub. APA-nın xəbərinə görə, tədbirdə Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib ki, 31 May Beynəlxalq Tütünsüz Gün kimi qeyd olunur. Onun sözlərinə görə, bir ildən artıqdır ki, Azərbaycanda “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi hazırlanıb: “Qanun layihəsində yeniyetmələrin, gənclərin, uşaqların yeni ruhda, sağlam atmosferdə böyüməsinə xidmət edən əsaslar qoyulur. Qanunun qəbul olunması ekologiyanın da qorunmasında böyük rol oyana bilər”.

Səhiyyə Nazirliyinin nümayəndəsi Ceyhun Məmmədov deyib ki, dünyada siqaret çəkmədən hər 6 saniyədə bir insan ölür: “Hər il siqaret çəkmədən dünyada 100 milyon insan dünyasını dəyişir. Hazırda insanların ölümünə səbəb olan səkkiz faktordan altısında siqaret çəkmə risk amildir. Dünyada insanların 71 faizi xərçəngdən və ürək-damar xəstəliklərindən ölür. Onlardan da 1/3-i siqaret çəkənlərdir. Azərbaycandakı kişilərin 40-60 faizi, qadınların isə 2-4 faizi siqaret çəkir. Azərbaycanda siqaretdən imtina faizi çox aşağıdır” .

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova isə dünyada hazırda 1 milyard siqaretçəkən insanın olduğunu deyib: “Tədqiqatlar göstərir ki, onların 500 milyonu bu səbəbdən öləcək. Dünyadakı qadınların siqaretdən istifadə faizi artır” .

Parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, siqaret çəkmənin məhdudlaşdırılması haqqında danışanda elə başa düşülməməlidir ki, tütünçülüyün inkişafının qarşısını almaq niyyəti var: “Hazırda ölkədə ildə 3 min ton tütün istehsal edilir. Biz sadəcə olaraq, ölkəyə tutun məmulatlarının və siqaretin idxal olunmasının qarşısını almalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR