Bank Of Baku

Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək
# 31 may 2010 08:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında mayın 31-də hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 22-25 dərəcə, gecə 18-20 dərəcə isti olacaq.

İyunun 1-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 2-də dəyişkən buludlu, yağmursuz hava üstünlük təşkil edəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 26-29 dərəcə isti olacaq.

İyunun 3-də havanın dəyişkən buludlu, yağmursuz olacağı, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 1-də hava yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 2-3-də havanın yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə lokal yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR