Bank Of Baku

İyun ayında Azərbaycan ərazisində temperatur 37 dərəcəyədək yüksələcək

İyun ayında Azərbaycan ərazisində temperatur 37 dərəcəyədək yüksələcək
# 31 may 2010 11:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyun ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun bəzi günlərdə olan kiçin mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ay ərzində yağıntılar respublika üzrə qeyri-bərabər paylanacaq.

Aylıq yağıntının miqdarının bəzi Aran və Böyük Qafqazın rayonlarında iqlim normasından bir qədər çox, digər rayonlarda isə iqlim normasına yaxın olacağı ehtimalı var.

İyun ayı ərzində Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturunun 15-20, gündüzlər 25-28 dərəcə isti olacağı, bəzi günlərdə 35 dərəcəyədək yüksələcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-12 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-20 dərəcə isti, gündüzlər 26 -31 dərəcə təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 34-37 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 13-15 dərəcə isti olacağı gözlənilir. Gecələr 7-11, gündüzlər 16-21 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 25-28 dərəcəyədək yüksələcək. Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir. Gecələr 13-18, gündüzlər 24-28 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala-Qax-Şəki- Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 12-16, gündüzlər 20-25 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 27-32 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında – Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Salyan, Hacıqabul, Neftçalada havanın orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı ehtimal olunur. Gecələr 16-21, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-37 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 12-50 mm),bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlıda havanın orta ayrıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18, gündüzlər 23-28 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 30-34 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR