Bank Of Baku

2400 abituriyent öz elektron ərizəsini təsdiqləməyib

2400 abituriyent öz elektron ərizəsini təsdiqləməyib
# 31 may 2010 11:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün saat 14.30-a olan məlumata görə, Azərbaycanın ali məktəblərinə 113626 abituriyent sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, onlardan 101593 nəfəri Azərbaycan, 12033 nəfəri isə rus bölməsi üzrə sənəd verib. I ixtisas qrupu üzrə 36269, II ixtisas qrupu üzrə 28404, II ixtisas qrupu üzrə 33080, IV ixtisas qrupu üzrə isə 15873 abituriyent sənəd verib. E. Nağızadə deyib ki, təxminən 2400 abituriyent hələ də öz elektron ərizəsini təsdiqləməyib. Xatırladaq ki, ali məktəblərə sənəd qəbulu bu gün saat 17.00-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR