Bank Of Baku

Bakı İslam Universitetinə sənəd qəbulunun vaxtı uzadılıb

Bakı İslam Universitetinə sənəd qəbulunun vaxtı uzadılıb
# 31 may 2010 14:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı İslam Universitetinə sənəd qəbulunun vaxtı uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, universitetə sənəd qəbulunun vaxtı mayın 31-dən iyunun 15-dək uzadılıb. Bu il ilk dəfə olaraq Bakı İslam Universitetinə 100 vakant yer ayrılıb. Tələbə qəbulu universitetin “Dinşünaslıq” ixtisası üzrə aparılacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR