Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya Tütünsüz Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Ümumdünya Tütünsüz Günü ilə bağlı müraciət yayıb
# 31 may 2010 14:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Tütün bu əsr ərzində bir milyard insanın ölümünə səbəb ola bilər”. APA-nın məlumatına görə, bu barədə BMT Baş katibinin Ban Gi Munun
Ümumdünya Tütünsüz Günü ilə bağlı müraciətində deyilir. BMT Baş katibi qeyd edir ki, Ümumdünya Tütünsüz Günü 2010-nun mövzusu – “Gender və tütünün qadınlara satışı”dır.
Müraciətdə qeyd olunub ki, tütündən istifadənin azaldılmasının vacibliyini dərk etməklə və bu mövqedən fəaliyyət göstərməklə, çoxlu insan həyatını xilas etmək olar: “Qadınlar bütün dünya üzrə 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20 faizini təşkil edir. Lakin, bəzi ölkələrdə qadınlar arasında tütündən istifadə dalğası artmaqdadır. Qadınlar tütün sənayesi üçün başlıca sərfəli hədəfdir, bu sənayenin, tütünlə əlaqəli xəstəliklərdən vaxtsız öləcək hazırkı istifadəçilərin təqribən yarısını əvəz etmək üçün yeni istifadəçiləri cəlb etməyə ehtiyacı var. Ümumdünya Səhiyyə Təşkilatının çağırışına cavab verməklə, ayrı-ayrı hökumətlər qadınlar arasında getdikcə daha geniş yayılmaqda olan ölümlə nəticələnən və əlilliyə səbəb olan infarkt, iflic, xərçəng və respirator xəstəliklərin sayını azaltmağa nail ola bilərlər”.
Xatırladaq ki, 31 may tarixi 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnaməsi ilə Ümumdünya Tütünsüz Günü elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR