Bank Of Baku

Azərbaycanda insan alverindən zərər çəkmiş şəxslərə ödənilən müavinət 6 dəfə artırılıb

Azərbaycanda insan alverindən zərər çəkmiş şəxslərə ödənilən müavinət 6 dəfə artırılıb
# 31 may 2010 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə» qərarına əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən, hökumət insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinəti 200 manat məbləğində təsdiq edib. Qərara edilmiş əlavəyə əsasən, müavinətlərin verilməsi Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği şərti maliyyə vahidinin 30 misli (33 manat) məbləğində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR