Bank Of Baku

Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi son zəng tədbirlərində iştirak edib

Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi son zəng tədbirlərində iştirak edib
# 31 may 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində yerləşən orta məktəblərdə keçirilən son zəng tədbirlərində iştirak edib. Səbail rayon İH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Məmməd Rahim adına 7 saylı orta məktəb tərəfindən Sahil bağında təşkil olunmuş təntənəli tədbirdə məktəbin direktoru Gülnaz Mehdizadə çıxış edərək məzunları məktəbin adını həmişə uca tutmağa çağırıb. O, 7 saylı məktəbin 82 ildir fəaliyyət göstərdiyini, hazırda 912 şagirdin bu məktəbdə təhsil aldığını söyləyib.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov da məzunlara uğurlar arzulayıb. O, çıxışında rayon ərazisində və ölkə miqyasında həyata keçirilən təhsil islahatlarından danışıb.

Ümumilikdə rayonun 6, 49, 50, 51, 91, 132, 134, 160, 162, 190, 239 saylı məktəblərində son zəng tədbirləri keçirilib və bu tədbirlərdə İcra Hakimiyyətinin təmsilçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR