Bank Of Baku

Lənkəranda narkotik vasitələrin məhvetmə aksiyası keçirilib

Lənkəranda narkotik vasitələrin məhvetmə aksiyası keçirilib
# 31 may 2010 14:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Şəhər Polis Şöbəsində (ŞPŞ) 2010-cu ilin birinci rübündə müsadirə olunmuş narkotik vasitələrin məhvetmə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) yanında fəaliyyət göstərən narkomaniya əleyhinə əlaqələndirmə komissiyası üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının və KİV əməkdaşlarının birgə iştirak etdikləri tədbirdə Lənkəran Rayon Məhkəməsinin, eləcə də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmləri ilə məhkumlardan maddi sübut kimi götürülmüş müxtəlif adda narkotik maddələrin məhvetmə prosesi həyata keçirilib. Proses zamanı 28 icraat üzrə heroin, tiryək, həşiş, marixuana, psixotrop dərman preparatları və şprislər yandırılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR