Bank Of Baku

Abortların sayına görə, Rusiya dünyada birinci yerdədir

Abortların sayına görə, Rusiya dünyada birinci yerdədir
# 02 iyun 2010 15:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq uşaqların müdafiəsi Gününə həsr olunmuş «Abortlara STOP: doğulmamış uşaqları müdafiə edək» adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın təmsilçisi Deonisiy Ata bildirib ki, dünyanın 193 ölkəsindən 119-da ananın həyatına və sağlamlığına təhlükə olduğu halda aborta icazə verilir. 41 ölkədə bu əməliyyata qadının tələbi ilə icazə var. Azərbaycan dünya ölkələrinin 21 faizini təşkil edən və bu əməliyyatın məhdudiyyətsiz şəkildə həyata keçməsinə icazə verən ölkələrdəndir, cəmi 4 ölkə, o cümlədən İrlandiya və Malta aborta qadağa qoyub.

“Abortların sayına görə, Rusiya dünyada birinci yerdədir” deyən Deonisiy Ata bu ölkədə ildə rəsmən 2 milyona yaxın abort edildiyini, bütün dünya üzrə isə bu əməliyyatların 32 milyona yaxın olduğunu bildirib. «Bu rəqəm ikinci dünya müharibəsi zamanı öldürülənlərin sayından çoxdur” deyən ruhani hesab edir ki, bu “müharibəni” abortlara qadağa qoymaqla dayandırmaq olar.

Polşanı buna nümunə göstərən Deonisiy Ata bildirib ki, 1993-cü ildə bu ölkədə leqal abortlara yalnız ananın həyatına təhlükə olduqda və dölün ağır anomaliyaları zamanı icazə verilməsi haqqında qanun qəbul edilib: “Əgər 1987-ci ildə Polşada abortların sayı 123.500 idisə, 1994-cü ildə onların sayı 782-ə düşüb. Feminist hərəkatı üzvlərinin məlumatına görə, polşalı qadınlar ildə 40-50 min qeyri-leqal abort etdirir. Bu isə 1987-ci ilin göstəricisindən 3 dəfə azdır”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, abortların sayı ildən ilə artır. Belə ki, 2006-cı ildə abortların sayı 20.867, 2007-ci ildə - 22 325,
2008-ci ildə isə 25 256 təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR