Bank Of Baku

Tərtərdə ilanlar evə hücum edib

Tərtərdə ilanlar evə hücum edib
# 02 iyun 2010 15:45 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərin Sarıcalı kəndində məskunlaşmış Ağdam rayon sakini Bəxtiyar Atayevin evinə ilanlar hücum edib. Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, həmin vaxt evdə iki körpə uşaq olub. Qonşuların köməyi ilə körpələri evdən çıxarmaq mümkün olub. Bir neçə ilanı öldürən ev sahibləri yaşadıqları komanı sökmək məcburiyyətində qalıblar.
Hadisə barədə yerli icra strukturlarına da məlumat verilib. Hazırda problemin aradan qaldırılması üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR