Bank Of Baku

Türkiyənin Ərzurum vilayətinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub

Türkiyənin Ərzurum vilayətinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub
# 02 iyun 2010 15:49 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Türkiyənin Ərzurum vilayətinin nümayəndə heyəti
Gəncə şəhərinə səfər edib. APA-nın qərb bürosunun məlumatına görə, səfərin əsas məqsədi Gəncə və burada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə yaxından tanış olmaq olub. ADAU-nun rektoru Mirdaməd Sadıqov Türkiyəli qonaqlara universitetdə yüksək ixtisaslı mütəxəssislərin çalışdığını, bu təhsil ocağında yerli və xarici ölkələrdən tələbələr təhsil aldıqlarını deyib.
Rektor qonaqlara universitetin baş binasının yerləşdiyi tarixi bina haqqında da danışaraq, bu binanın 1898-ci ildə tikildiyini və burada 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Cümhuriyyətinin ilk hökumətinin fəaliyyət göstərdiyini deyib. Universitetlə yaxından tanış olan heyət üzvləri ilə burada ərzurumlu gənclərin təhsil almaları məsələləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR