Bank Of Baku

Tərtərdə əkin sahələri çəyirtkə hücumuna məruz qalıb - FOTO

Tərtərdə əkin sahələri çəyirtkə hücumuna məruz qalıb - <font color=red>FOTO</font>
# 03 iyun 2010 08:54 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər rayonunda əkin sahələrinə çəyirtkə sürüləri hücum edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun cəbhəyanı yaşayış məntəqələrinin sakinlərinə məxsus biçənəklər, zəmilər zərərvericilərin törətdiyi ciddi təhlükə qarşısındadır. Faktı Tərtər Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən təsdiqləyiblər. Şöbədən verilən məlumata görə, çəyirtkə sürülərinin min hektar ərazidə yayıldığı müşahidə olunur. Hazırda həmin sahələrdə dərmanlama işləri aparılır. Lazımi preparatların yetərincə olduğu, tezliklə bütün təmas xətti boyunca yerləşən sahələrin də dərmanlanacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR