Bank Of Baku

TQDK sədri Məleykə Abbaszadə Belarusun təhsil naziri ilə görüşüb

TQDK sədri Məleykə Abbaszadə Belarusun təhsil naziri ilə görüşüb
# 03 iyun 2010 09:38 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Belarus Respublikasının təhsil naziri Aleksandr Radkovla görüşüb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiya sədri Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi səfəri ilə əlaqədar Azərbaycanda olan A. Radkovu salamlayaraq iki ölkə arasındakı əlaqələrdən, təhsilin qiymətləndirilməsi sahəsində mövcud olan əməkdaşlıq istiqamətlərindən danışıb. M. Abbaszadə bildirib ki, tarixi ənənələri olan Azərbaycan-Belarus əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi böyük əhəmiyyət daşıyır.
A.Radkov təhsilin qiymətləndirilməsi sahəsində ölkələr arasındakı ikitərəfli əlaqələrin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi istiqamətində zəruri olan məsələlərə toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR