Bank Of Baku

Araz çayından Kürə saniyədə 380 kubmetr su tökülür

Araz çayından Kürə saniyədə 380 kubmetr su tökülür
# 03 iyun 2010 10:38 (UTC +04:00)
İmişli. Əlibəy Zeynallı – APA. Arazın yeni qolu ilə axıdılan su İmişli rayonunun kəndlərindən boş sahələrə və bataqlıq ərazisinə axır. Bu barədə APA-nın Mil-Muğan bürosuna Bəhrəmtəpə Hidroqovşağı İstismar İdarəsinin rəisi Mirqoca Mirişov məlumat verib. Onun bildirdiyinə görə, bu gün Araz çayından Kürə saniyədə 380 kubmetr su axır, yeni qolla axan suyun sürəti isə saniyədə 200 kubmetrdir. Hazırda yeni qolla axan su İmişlinin kəndlərini keçərək ərazidə olan Telperi bataqlığına və örüş yerlərinə axır. İki gündən sonra su Biləsuvar rayonunun çöllük hissələrinə axacaq. İdarə rəisi bir neçə gündən sonra Araz çayında suyun həcminin iyun ayının göstəricilərinə uyğun olaraq, saniyədə 140-150 kubmetr olacağını bildirib.

Məlumatlara görə, Kür çayında suyun səviyyəsi dəyişməz olaraq qalır.
Sabirabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov isə APA-ya bildirib ki, rayonun Çığırğan kəndi ərazisində bir neçə gün əvvəl yarılmış bənddə bərpa işləri başa çatmaq üzrədir. Bu bənd bağlandıqdan sonra ərazidə suların çəkiləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR