Bank Of Baku

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru: “Bakı kifayət qədər yaşıl şəhərdir ”

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru: “Bakı kifayət qədər yaşıl şəhərdir ”
# 03 iyun 2010 10:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Gördüklərim əsasında deyirəm ki, Bakı kifayət qədər yaşıl şəhərdir”. APA-nın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye deyib. O bildirib ki, Azərbaycanın ekoloji sərvətləri çoxdur və ölkə ekoloji baxımdan uğurla addımlayır: “Çox yaxşıdır ki, Azərbaycan təbii resurslarından istifadə etsə də, bundan əldə olunan enerjinin bir hissəsini təbiətin qorunmasına sərf edir. Xəzər dənizi və Qafqaz dağlarını qoruyub saxlamaq üçün bu tədbirləri davam etdirmək lazımdır”.

K. Buvye işğal altında olan Azərbaycan torpaqlarında ermənilər tərəfindən yanğınların törədilməsinə də münasibət bildirib: “Tarixə baxsaq, görərik ki, ətraf mühit həmişə zərbə altında qalıb. Yalnız Qafqazda deyil, Balkanlarda, dünyanın digər regionlarında da belə olub. Qeyd etdiyim kimi, bu regionda dünya bəşəriyyətinə aid olan incilər – Xəzər dənizi, Qafqaz dağları var. Azərbaycan onları qoruyur. Ümid edirəm ki, Ermənistan da bu mövqeyi bölüşür. Gələcək nəsillərə ötürəcəyimiz təbiətə hər hansı münaqişə təsir etməməlidir. Meşələri yandıran şəxslər isə hər hansı sərhəd tanımırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR