Bank Of Baku

Bakıda “Amerikada təhsil al” adlı təhsil yarmarkası keçiriləcək

Bakıda “Amerikada təhsil al” adlı təhsil yarmarkası keçiriləcək
# 03 iyun 2010 13:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. İyunun 5-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində “Amerikada təhsil al” adlı təhsil yarmarkası keçiriləcək. APA-nın məlumatına görə, təhsil yarmarkası ABŞ səfirliyi və Amerika Təhsilli Azərbaycan Məzunları Assosiyasiyası tərəfində təşkil olunub.

Sərgidə ABŞ-ın 30-a yaxın universiteti, o cümlədən Prinston, Con Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və Arkanzas universitetləri iştirak edəcək. ABŞ-ın ali məktəblərində təhsil almış amerikalı və azərbaycanlı məzunlar sərgiyə gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR