Bank Of Baku

ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Bakıda texnoloji sahibkarlıq seminarı keçirəcək

ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Bakıda texnoloji sahibkarlıq seminarı keçirəcək
# 03 iyun 2010 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) iyulun 1-2-də Bakıda 10 komanda üçün texnoloji sahibkarlıq seminarı keçirəcək. Bu tədbir Azərbaycan Milli Elm Fondu (AMEF) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur. Fonddan APA-ya verilən məlumata görə, seminar müsabiqə baxımından öz yeni kəşflərindən mənfəət götürmək və məhsuldar müəssisələrini inkişaf etdirməkdə maraqlı olan alimlər, mühəndislər, ixtiraçılar, tədqiqatçılar və texnoloji sahibkarlar üçün açıqdır. Seçiləcək 10 komandanın hər birindən seminarın ikinci günü onlara MTİF tərəfindən veriləcək şablondan istifadə etməklə qısa təqdimat hazırlamaq tələb olunacaq. Seminar yekunlaşdıqdan sonra MTİF müsabiqə yolu ilə seçilmiş seminar komandasını ABŞ-a getmək, potensial tərəfdaşlarla görüşmək və ya sənaye tədbirində iştirak etmək üçün Səyahət Qrantı ilə təltif edə bilər.
MTİF-in bu proqrama çəkdiyi xərclər Azadlığa Dəstək Aktı proqramı çərçivəsində ABŞ Dövlət Departamenti tərəfindən ödəniləcək.
Bu seminar MTİF-in İnnovasiya Proqramlarının himayəsi altında 2010-cu ildə Avrasiyada təşkil etdiyi silsilə tədbirlərdən biridir. Proqramın məqsədi texnologiya müəssisələri, innovasiya infrastrukturunun yaradılması və genişlənməsini və insan kapitalının inkişafını dəstəkləməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR