Bank Of Baku

Salyan məntəqəsində Kürün səviyyəsi 4 sm artıb

Salyan məntəqəsində Kürün səviyyəsi 4 sm artıb
# 03 iyun 2010 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Kür çayının suyunun səviyyəsində, əsasən azalma qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi 340 sm, su sərfi saniyədə 408 kub/m təşkil edir, səviyyə 2 sm azalıb.

Yevlax məntəqəsində səviyyə 507 sm, su sərfi 1056 kub/m təşkil edir, səviyyə 2 sm azalıb. Zərdab məntəqəsində səviyyə 802 sm, su sərfi 1209 kub/metr olub, səviyyə dəyişməyib. Surra məntəqəsində səviyyə 891 sm, su sərfi 1570 kub/metr təşkil edir, səviyyə dəyişməyib.

Şirvan məntəqəsində səviyyə 781 sm olub, səviyyə 1 sm artıb.

Salyan məntəqəsində səviyyə 760 sm, su sərfi 1300 kub/metrdir, səviyyə 4 sm artıb. Bankə məntəqəsində səviyyə 435 sm təşkil edir, səviyyə 1 sm artıb.

Araz çayının Novruzlu məntəqəsində səviyyə 664 sm, su sərfi 620 kub/metr olub, səviyyə 1 sm artıb.

Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 706 sm, su sərfi 195 kub/metr təşkil edir, səviyyə 2 sm azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR