Bank Of Baku

Səfir Məhəmməd Baqir Bəhrami: “İran Azərbaycanda müasir tipli klinika inşa edəcək”

Səfir Məhəmməd Baqir Bəhrami: “İran Azərbaycanda müasir tipli klinika inşa edəcək”
# 04 iyun 2010 07:49 (UTC +04:00)
Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami məlumat verib. O bildirib ki, inşaat üçün icazə sənədi hazır olduqdan sonra klinikanın tikintisinə başlanacaq: “Ümid edirəm ki, bu, həm iki ölkənin əlaqələrinin inkişafına, həm də Azərbaycan xalqının sağlamlığına xidmət edəcək. Azəri xalqı ehtiyac yarandıqda Bakıda müasir tibb avadanlığı ilə təchiz olunmuş klinikaya müraciət edə biləcək”.

Səfir Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini və bu istiqamətdə çoxlu işlər görüldüyünü söyləyib: “Azərbaycanlı qardaş və bacılarımızın İran klinikalarına istər müayinə, istərsə də müalicə üçün müraciət etmələri ikitərəfli əlaqələrin yaxşı zəmində olduğunu göstərir. İranda tibb sahəsi olduqca inkişaf edib. Bizim bütün sahələrdə mütəxəssis həkimlərimiz var. İnsan sağlamlığı olduqca önəmlidir. Azərbaycanlı qardaş-bacılara xidmət etmək bizim borcumuzdur. Viza rejiminin birtərəfli qaydada ləğvi də əlaqələrə müsbət təsir göstərib. Azərbaycan tərəfi də vizanı ləğv edərsə, əlaqələr daha da genişlənər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR