Bank Of Baku

Həftəsonu Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti gözlənilir

Həftəsonu Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti gözlənilir
# 04 iyun 2010 08:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 30-34 dərəcə, axşam 22-25 dərə isti olacaq.

İyunun 5-də hava az buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 31-35 dərəcə isti olacaq.

İyunun 6-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 28-31 dərəcə isti olacaq.

İyunun 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 29-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 5-də hava, əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,
lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

İyunun 6 və 7-də hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR