Bank Of Baku

Azərbaycanın 22 dünya və Avropa çempionu ali məktəblərə imtahansız qəbul olunmaq üçün TQDK-ya müraciət edib

Azərbaycanın 22 dünya və Avropa çempionu ali məktəblərə imtahansız qəbul olunmaq üçün TQDK-ya müraciət edib
# 04 iyun 2010 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda bu şəxslərin sənədləri yoxlanılır. Onlar müsabiqədənkənar ali məktəblərin dövlət sifarişli plan yerlərinə yerləşdiriləcəklər.

M. Abbaszadə deyib ki, yeni “Təhsil haqqında” qanun dünya olimpiadalarının qaliblərinə ali məktəblərə imtahansız qəbul olmaq imkanı yaratsa da, indiyədək dünya fənn olimpiadası üzrə heç bir qalib bu quruma müraciət etməyib: “Bu il dünya fənn olimpiadaları iyulda keçiriləcək. Ötənilki olimpiadaların iştirakçılarından isə heç bir qalib bizə müraciət etməyib”.

M. Abbaszadə qeyd edib ki, TQDK-nın müraciəti əsasında Mədəniyyət və Turizm Nazirliyi də bu quruma beynəlxalq səviyyəli hesab etdiyi müsabiqə və festivalların siyahısını təqdim edib. Siyahıda 35 festival və müsabiqə öz əksini tapıb. Siyahıya əsasən Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı və Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi, gənc pianoçuların Tiflisdə keçirilən beynəlxalq müsabiqəsi, Estoniyada Şopen yaradıcılığına həsr olunan Baltik ölkələrinin gənc pianinoçularının beynəlxalq müsabiqəsi, Moskvada keçirilən “Zolotaya kistiçka” uşaq təsviri incəsənət və digər müsabiqələrin qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar. M. Abbaszadə TQDK-nın internet saytında bu siyahının açıqlanacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR