Bank Of Baku

Bakalavrlar iyunun 7-dən başlayaraq ixtisaslarına uyğun qəbul proqramlarını təsdiqləməlidir

Bakalavrlar iyunun 7-dən başlayaraq ixtisaslarına uyğun qəbul proqramlarını təsdiqləməlidir
# 04 iyun 2010 10:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Magistraturaya qəbul olmaq istəyən bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq ixtisaslarına uyğun qəbul proqramlarını seçib təsdiq etməlidir. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, bakalavrlar iyunun 17-dən 19-dək imtahanın ikinci mərhələsi üçün “Bakalavrın imtahana buraxılış vərəqəsini” çap edib götürməlidir. İmtahanın ikinci mərhələsi iyunun 20-də Bakı və Naxçıvanda keçiriləcək. Nəticələr elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək internetlə ixtisaslaşma seçimi aparmalıdır. Bu il üçün qəbul aparılan ixtisaslaşmaların sayı 5252 yerdir. Bunlardan 2071-i dövlət sifarişi ilə aparılan ixtisaslaşmalardır.

M. Abbaszadə bu il TQDK tərəfindən ilk dəfə İslam Universitetinə tələbə qəbulu aparılacağını da deyib. Ayrılan 100 plan yerinə qəbul üçün indiyədək 41 nəfər qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR