Bank Of Baku

TQDK sədri: “Sınaq imtahanlarında rus bölməsinin abituriyentləri Azərbaycan bölməsi ilə müqayisədə daha zəif nəticə göstəriblər”

TQDK sədri: “Sınaq imtahanlarında rus bölməsinin abituriyentləri Azərbaycan bölməsi ilə müqayisədə daha zəif nəticə göstəriblər”
# 04 iyun 2010 10:39 (UTC +04:00)
O bildirib ki, ali məktəblərə ərizə verən abituriyentlərin 50 faizi sınaq imtahanlarında iştirak edənlərdir. Bütün regionları əhatə edən bu imtahanlarda 75 min abituriyent iştirak edib.
TQDK sədri sonuncu sınaq imtahanlarının iyunun 6-da keçiriləcəyini söyləyib.

M. Abbaszadə bəyan edib ki, sınaq imtahanlarının nəticələrinə əsasən rus bölməsinin abituriyentləri Azərbaycan bölməsi ilə müqayisədə daha zəif nəticə göstəriblər. Sınaq imtahanlarında rus bölməsi abituriyentlərinin topladığı orta bal Azərbaycan bölməsinə nisbətən aşağı olub. Sınaq imtahanlarında II ixtisas qrupu üzrə Azərbaycan bölməsinin orta balı 279 olduğu halda, rus bölməsinin 254, III qrupda Azərbaycan bölməsinin orta balı 321, rus bölməsinin 259, IV qrupda Azərbaycan bölməsinin orta balı 333, rus bölməsinin isə 255 olub.

Maraqlı fakt odur ki, bu il rejissor olmaq istəyənlərin sayı artıb. Rejissor olmaq üçün 431, aktyor olmaq üçünsə 280 nəfər qeydiyyatdan keçib. Bu da yüksək müsabiqə vəziyyəti yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR