Bank Of Baku

Bu ilin may ayı ərzində Sumqayıtdakı yaşayış binalarında 15 liftdə cari təmir işləri aparılıb

Bu ilin may ayı ərzində Sumqayıtdakı yaşayış binalarında 15 liftdə cari təmir işləri aparılıb
# 04 iyun 2010 10:44 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Cari ilin may ayı ərzində Azərbaycanın Sumqayıt şəhərindəki yaşayış binalarında mövcud olan 15 liftdə cari təmir işləri aparılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sumqayıt şəhər «Lift-Servis» Birliyindən verilən məlumata görə, ümumilikdə mövcud olan 586 liftdən 562-si istismardadır ki, bu da onların 96%-dən çoxunu təşkil edir.

Cari ildə şəhərin yaşayış binalarında 31 yeni liftin quraşdırılması, istismar müddəti ötmüş 9 liftin yenisi ilə əvəz edilməsi və istismarda olan 85 liftin əsaslı, 96 liftin isə cari təmiri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR