Bank Of Baku

Azərbaycan və Ukrayna alimləri ilə yeni müştərək beynəlxalq layihələr həyata keçirəcəklər

Azərbaycan və Ukrayna alimləri ilə yeni müştərək beynəlxalq layihələr həyata keçirəcəklər
# 04 iyun 2010 11:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu Ukraynanın elmi təşkilatları və universitetləri ilə əlaqələrini inkişaf etdirir. İnstitutdan APA-ya verilən məlumata görə, bu niyyətlə institutun alimləri akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və geologiya-mineralogiya elmləri namizədi Xanlar Ağayev Ukrayna Milli Elmlər Akademiyası (UMEA) Geofizika İnstitutu, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya fakültəsi və Ukrayna Elmi-Texnoloji Mərkəzində olublar. Birhəftəlik səfər zamanı Azərbaycan alimləri ukraynalı həmkarları ilə yeni müştərək və beynəlxalq layihələr təşkil etmək barədə razılıqlar əldə ediblər.
Azərbaycan alimləri UMEA Geofizika İnstitutu və Kiyev Milli Universitetində keçirilmiş seminarlarda “Geoloji mühitin elastiki parametrlərinin müasir geodinamikanı nəzərə almaqla modelləşdirilməsi” adlı məruzə ilə çıxış ediblər. Seminarlarda Ukrayna Elmi-Texnoloji Mərkəzinin 2007-ci ildə təsdiq etdiyi və Avropa Birliyinin maliyyələşdirdiyi “Müxtəlif termobarik şəraitdə süxurların fiziki-mexaniki xüsusiyyətlərinin və onların dəyişmə dinamikasının tədqiqi” adlı layihənin nəticələri müzakirə olunub. Nəticələrin UMEA-da nəşr olunan beynəlxalq “Geofizika” jurnalında dərci tövsiyə olunub. Eyni zamanda, layihənin daha 3 il uzadılması məqsədi ilə yeni tədqiqatlar layihəsi hazırlayıb Avropa Birliyinə təqdim etmək üçün qərar qəbul edilib.
Ukrayna alimləri ilə gələcək əməkdaşlıq planına kadr hazırlığı və təcrübə mübadiləsi də daxil edilib. Nəzərdə tutulmuş işlərdən biri də Avropanın qabaqcıl elmi mərkəz və universitetləri ilə birgə “Xəzər-Qara dənizləri hövzəsinin neft-qaz potensialının öyrənilməsində müasir geodinamikanın nəzərə alınması” adlı layihə hazırlayaraq Avropa Birliyinin Yeddinci Çərçivə Proqramına təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR