Bank Of Baku

“Fred Asif” kitabının təqdimat mərasimi keçirilib

“Fred Asif” kitabının təqdimat mərasimi keçirilib
# 04 iyun 2010 12:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mustafa Çəmənlinin müəllifliyi ilə “Fred Asif” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın redaktoru Gülər Ələkbərqızı, rəssamı Gündüz Ağayevdir. Tədbirdə çıxış edən kitabın müəllifi Mustafa Çəmənli bildirib ki, kitabda insanın duyğularını oyadan, xoş ovqat, eyni zamanda hansısa bir kədər aşılayan cəhətlər çoxdur: “Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov “Fred Asif” kimi tanınır. Biz bəzən ölüb, getmiş hər bir insanı tərifləyirik. Amma o, sağlığında belə bu tərifə layiq bir insan idi. O mənada ki Asifin müharibəyə şüurlu münasibəti var idi. Asif öz batalyonunu düşmən üzərinə apararkən əsgərlərinə tapşırırdı ki, bir evi uçurmaq olmaz. Çünki sabah bizim evini-yurdunu itirmiş insanlarımız bu yurda qayıdacaqlar. Asif döyüşdüyü ərazini erməninin ərazisi hesab eləmirdi. O, bütün ərazini Azərbaycanın ayrılmaz tərkib hissəsi bilirdi”.
Müəllif bildirib ki, “Fred Asif” kitabı bununla ikinci dəfə nəşr olunur. Kitabın ilk nəşri kiril əlifbası ilə nəşr olunub, o səbəbdən də müəllif birinci hissəni daha çox material əlavə edərək latın qrafikası ilə ikinci kitabı nəşr etdirməyi vacib bilib. Mustafa Çəmənli bu əsər üzərində film çəkilməsini arzuladığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR