Bank Of Baku

Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzi ilə Azərbaycan Milli Arxiv İdarəsi arasında niyyət protokolu imzalanıb

Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzi ilə Azərbaycan Milli Arxiv İdarəsi arasında niyyət protokolu imzalanıb
# 04 iyun 2010 14:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzin icraçı direktoru Aleksandr Xyuzbi Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşüb. Milli Arxiv İdarəsinin Təşkilat-metodiki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev APA-ya bildirib ki, İsveç Dövlət Arxiv Xidmətinin rəhbərinin də iştirak etdiyi görüşün sonunda tərəflər niyyət protokolu imzalayıblar.

Niyyət protokoluna əsasən, Azərbaycanda və İsveçdə Nobel qardaşları haqqında yeni sayt yaradılacaq. Bunun üçün Stokholmda Biznes Tarixi üzrə Mərkəz, Bakıda Azərbaycan Milli Arxiv İdarəsi Azərbaycanda və İsveçdə Nobel qardaşları haqqında sənədləri birgə araşdıracaq. İnternet sayt 1870-ci ildən 1920-ci ilə qədər Bakıda Nobel sənayesi haqqında ətraflı məlumatı əks etdirəcək. Bununla da tarixi sənədlər elektron formada tədqiqat və tarixi araşdırmalar üçün təqdim ediləcək.

Bu layihənin planını müzakirə etmək və onu bir il ərzində - 2010-2011-ci illərdə reallaşdırılması proqramını imzalamaq məqsədi ilə bu ilin avqustunda tərəflər yenidən görüşəcək.

Tədbirdə İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Adeni də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR