Bank Of Baku

Lənkəranda «Sağlam düşün, sağlam yaşa, sağlam ol» layihəsi çərçivəsində təlim kursu keçirilir

Lənkəranda «Sağlam düşün, sağlam yaşa, sağlam ol» layihəsi çərçivəsində təlim kursu keçirilir
# 04 iyun 2010 19:18 (UTC +04:00)
Lənkəran. Elbrus Seyfullayev - APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Sağlam düşün, sağlam yaşa, sağlam ol” adlı layihə çərçivəsində Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzində 6 günlük təlim kursuna başlanıb. APA-nın təlimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı rayonları və paytaxtdan 13 - 15 yaşlı 50 nəfər uşaq və yeniyetmə iştirak edir. “Yay Məktəbi”nin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nikah, zorakılıq kimi halların qarşısının alınmasıdır. Təlimdə iştirakçılara uşaq hüquqları, gənclərin iştirakı və liderlik, ayrı-seçkilik, tolerantlıq üzrə təlimlər keçiriləcək və intellektual və fiziki oyunlar təşkil olunacaq. Kurslar çərçivəsində gənclərin bir sıra hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Təlim kursları çərçivəsində keçirilən görüşlərdə gənclər və idman naziri Azad Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard, millət vəkili, ARGTMŞ sədri Fuad Muradov, Milli Məclisin komitə sədri Hadı Rəcəbli və digər şəxslər iştirak edəcək.

Tədbirdə “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” mövzusunda “Yay məktəbi”ni uğurla bitirən iştirakçılar diplomla təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR