Bank Of Baku

Sumqayıtda I Şəhər Ekoloji Forumu keçirilir

Sumqayıtda I Şəhər Ekoloji Forumu keçirilir
# 05 iyun 2010 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü münasibətilə bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Sumqayıt şəhər Təhsil şöbəsi ilə birgə I Şəhər Ekoloji Forumu başlayıb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, forum çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında «Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdir» rəsm sərgisinin, «Tullantıların ikinci həyatı» sərgi-müsabiqəsinin və «Ekologiya və elmi-texniki tərəqqi» mövzusunda inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bu gün? həmçinin ARDNŞ-ın Ekologiya İdarəsi Bakıda Milli Parkın ərazisində ekoloji sorğuların keçirilməsini də planlaşdırır.
Qeyd edək ki, iyunun 5-i Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü BMT-nin təşəbbüsü ilə 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur. BMT Baş Assambleyası ənənəvi olaraq hər il təşkilata üzv ölkələri ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR