Bank Of Baku

Deputat Fuad Muradov: “Cənub bölgəsində erkən nikah və sağlam həyat tərzi ilə bağlı narahatlıq doğuran məqamlar var”- FOTO

Deputat Fuad Muradov: “Cənub bölgəsində erkən nikah və sağlam həyat tərzi ilə bağlı narahatlıq doğuran məqamlar var”- <font color=red>FOTO   </font>
# 05 iyun 2010 10:54 (UTC +04:00)
Lənkəran. Elbrus Seyfullayev - APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Sağlam düşün, sağlam yaşa, sağlam ol” adlı layihə çərçivəsində Lənkəranda başlanan təlim kursları bu gün də davam etdirilib. APA-nın təlimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, bu gün keçirilən tədbirdə ARGTMŞ-in sədri, deputat Fuad Muradov çıxış edib. Millət vəkili bildirib ki, “Sağlam düşün, sağlam yaşa, sağlam ol” şüarı altında keçirilən tədbir mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün cənub bölgəsinin seçilməsi təsadüfü deyil: “Cənub bölgəsində erkən nikah və sağlam həyat tərzi ilə bağlı narahatlıq doğuran məqamlar var. Biz bu təlimlər çərçivəsində erkən nikahların yaratdığı fəsadlarla bağlı məruzə etmək üçün ekspert dəvət etmişik. Uşaq və gənclərin belə tədbirlərdə iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu onların vətəndaş kimi yetişməsinə təsir edəcək”.

Tədbirdə Milli Məclis üzvü Hadı Rəcəbli deyib ki, Azərbaycanda uşaq və yeniyetmələrin sağlam mühitdə böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılır. Onun sözlərinə görə, bu cür tədbirlərin uşaq və gənclərin sağlam həyat tərzi keçirməsində böyük rolu olur: “Təlimlərdə iştirak edən uşaqlar cəmiyyətə öz təsirlərini göstərirlər” .

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev də belə təlimlərin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun bu sahəni prioritetlərdən biri hesab etdiyini diqqətə çatdırıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard deyib ki, Azərbaycanda uşaq və yeniyetmələrin sağlam həyat tərzi keçirməsinin təmin olunması üçün bacardıqları dəstəyi verməyə hazırdırlar.

Qeyd edək ki, tədbirdə Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı rayonları və paytaxtdan 13 - 15 yaşlı 50 uşaq və yeniyetmə iştirak edir. “Yay Məktəbi”nin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nikah, zorakılıq kimi halların qarşısının alınmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR