Bank Of Baku

Kembric Universiteti ən müstəsna elmi və dini nəşrləri internetə yerləşdiriləcək

Kembric Universiteti ən müstəsna elmi və dini nəşrləri internetə yerləşdiriləcək
# 05 iyun 2010 11:41 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Kembric Universitetinin (Böyük Britaniya) kitabxanasından minlərlə kitab və qədim əlyazmaları, o cümlədən İsaak Nyutonun yazıları, rəqəmli formata köçürülərək global şəbəkəyə çıxarılacaq. “APA-Economics”in məlumatına görə, bu, eks-biznesmen Leonard Polonskinin kitabxanaya ianə etdiyi 1,5 mln. funt sterlinq hesabına mümkün olacaq. Vəsait yalnız rəqəmli kitabxananın yaradılmasına xərclənəcək. Kitabların sürətlərinin yaradılması üzrə işlər mərhələlərlə aparılacaq. Online rejimdə təqdim edilən ilk iki kolleksiya “Dinin əsasları” və “Elmin əsasları” adlanacaq.
Universitet kitabxanasında dünyada ən qədim “Quran” və 18 əsrdən tarixə girmiş “Əl-Ənfəl” surəsi (Quranın 8-ci hissəsi) kimi təkrarolunmaz nəşrlər var.

Universitetdə ümid edirlər ki, gələcək maliyyələşdirmələr Çarlz Darvinin və Stiven Xokinqin əlyazmalarını rəqəmli formata köçürməyə imkan verəcək. İnternetə çıxarılmış misilsiz kitab kolleksiyasının dünyanın istənilən nöqtəsindən olan istənilən oxuyucuya açıq olacağı planlaşdırılır.
Kembric kitabxanasında 8 milyon kitab və dövri nəşrlər, milyon kart və minlərlə manuskript mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR