Bank Of Baku

Azərbaycan Dillər Universitetində təhsil yarmarkası keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində təhsil yarmarkası keçirilib - <font color=red>FOTO</font>
# 05 iyun 2010 13:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva –APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində “Amerikada təhsil al” adlı təhsil yarmarkası keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarka ABŞ-nın Azərbaycandakı səfirliyinin, ABŞ təhsilli Azərbaycan Məzunları Assosiasiyası və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə baş tutub. Təhsil yarmarkasında ADU-nun rektoru, professor Səməd Seyidov, millət vəkili Asim Mollazadə və ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson iştirak edib. Yarmarkada Amerika və Azərbaycan universitetlərini bitirən müxtəlif universitetlərin məzunları iştirak edib. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşüblər.
ABŞ universitetlərini bitirən məzunlar təhsil yarmarkasına gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat veriblər. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış olublar.

Qeyd edək ki, sərgidə ABŞ-ın 30-a yaxın universiteti, o cümlədən Prinston, Con Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və Arkanzas universitetləri təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR