Bank Of Baku

Gürcüstan-Azərbaycan Tədris Universitetində müasir təhsilin prioritet məsələlərinə həsr edilmiş konfrans keçirilib

Gürcüstan-Azərbaycan Tədris Universitetində müasir təhsilin prioritet məsələlərinə həsr edilmiş konfrans keçirilib
# 05 iyun 2010 14:51 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstan-Azərbaycan Tədris Universitetində müasir təhsilin prioritet məsələlərinə həsr edilmiş elmi-tematik konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü və azərbaycanlı alimlərin iştirak etdiyi tədbiri universitetin rektoru, professor Novruz Bayramov açıb. Konfransda müxtəlif mövzularda 20-dək elmi məruzə dinlənilib. Konfransda alimlərdən Vaxtanq Sartaniya, Leonid Caxaia, Lamara Çikvaidze, Nana Qoqiçaişvili, Şurəddin Məmmədli, Quram Marxulia, Konstantin Ramişvili və başqaları müasir təhsildə prioritet təhsilin əsas məsələləri, universitet təhsilinin inkişafı, pedaqoji təhsilin metodologiyası və texnologiyası, Boloniya təhsil prosesi, Türkiyə təhsil sistemi və sairə mövzularda elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfransda gələcəkdə belə elmi məzmunlu tədbirlərin tez-tez keçirilməsi qərara alınıb.
Pedaqoji elmlər doktoru, professor Lamara Çikvaidze APA-ya aşıqlamasında bildirib ki, elmi konfrans çox uğurlu və maraqlı keçib: “Fikrimcə, bu gün biz çox şey öyrəndik. Konfransda elmi mübahisələr olsa da, bir çox vacib sualların kontekstində maraqlı müzakirələrimiz və təkliflərimiz oldu. Gürcü və Azərbaycan alimləri elmin inkişafında birlikdə fəaliyyət göstərirlər, professional təhsildə uğurlar əldə ediblər. Burada mənə ən maraqlı çağdaş Türkiyə ali təhsil sistemi barədə səslənən məruzə oldu. Bünövrəsi Atatürk tərəfindən qoyulan Türkiyə təhsil sistemində aparılmış təhsil islahatı barədə maraqlı məlumatlar əldə etdik. Mən Türkiyə təhsil sistemini çox gözəl bilirəm. Bu ölkənin bugünkü təhsil sistemi çox yüksək səviyyədədir. Belə elmi konfransları tez-tez keçirmək lazımdır. Düşünürəm ki, belə tədbirlər universitetdə təhsilin inkişafına da öz təsirini göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR