Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərindəki çimərliklərdə çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə - Səbayel rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində ötən il olduğu kimi, bu il də mikrobioloji çirklənmə qeydə alınıb. Böyük həcmdə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə qeyd olunan ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.
Nazirlik Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyu üzərində aparılmış laboratoriya təhlillərinin orta göstəricilərini də dəqiqliklə açıqlayıb:
| Rayonun adı | Çimərlik-lərin adı | Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriyalarının miqdarı (ədəd/litr) Norma göstəricisi < 5000 | |||
|
|
| 2007 | 2008 | 2009 | 2010-cu ilin cari dövrü |
1 | Sumqayıt | Sumqayıt | 12800-310000 çirkli | 11500-260000 çirkli | 10300-250000 çirkli | 9500-180400 çirkli |
2 | Binəqədi | *Novxanı | 14300-25000 çirkli | 9800-17000 çirkli | 7600-8900 zəif çirkli | normal |
3 | Sabunçu | *Pirşağı | 9600-15600 çirkli | normal | normal | normal |
4 | Sabunçu | *Nardaran | 6400-9900 Zəif çirkli | normal | normal | normal |
5 | Sabunçu | *Bilgəh | 4700-7800 Zəif çirkli | normal | normal | normal |
6 | Xəzər | *Zaqulba | Normal | normal | normal | normal |
7 | Xəzər | *Buzovna | 6300-12700 çirkli | normal | normal | normal |
8 | Xəzər | *Mərdəkan | 6400-13500 çirkli | normal | normal | normal |
9 | Xəzər | *Şüvəlan | 6400-14100 çirkli | normal | normal | normal |
10 | Suraxanı | Hövsan | 10500-13700 çirkli | 15500-13000 çirkli | 14300-11000 çirkli | normal |
11 | Səbail | Şıx | 8000-14500 çirkli | 7700-14300 çirkli | 7200-13500 çirkli | 4500-11200 çirkli |
12 | Qaradağ | Sahil | 7500-11500 çirkli | 7600-11400 çirkli | 7500-10500 çirkli | 3000-13800 çirkli |
Qeyd: < 5000 – normal, 5000-10000 – zəif çirkli, >10000 – çirkli
* - lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər
İ. İbrahimova deyib ki, Sumqayıt və Sahil qəsəbəsinin “Sahil”, “Şıx” çimərliklərindən başqa modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağındakı çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadəyə yararlıdır.