Bank Of Baku

Magistraturalara qəbul imtahanının ikinci mərhələsi üçün proqram seçiminə başlanır

Magistraturalara qəbul imtahanının ikinci mərhələsi üçün proqram seçiminə başlanır
# 07 iyun 2010 09:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçiminə başlayır. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturaya mayın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsində müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayanlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər. İyunun 17-dən 19-dək isə bakalavrlar elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR